Bank Of Baku

İran kosmosa telekommunikasiya peyki göndərəcək

İran kosmosa telekommunikasiya peyki göndərəcək
# 02 fevral 2013 11:07 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İran fevralın 4-də kosmosa telekommunikasiya peyki göndərəcək. APA-nın məlumatına görə, İran Hava-Kosmik Agentliyinin (İSA) rəhbəri Hamid Fazili bildirib ki, “Nahid” peyki “Səfir-B1” peyk daşıyıcısı ilə birlikdə kosmosa göndəriləcək: “Mərasimdə İran prezidenti Mahmud Əhmədinejad da iştirak edəcək. Qərb İranın radio və televiziya kanallarının peyk vasitəsilə yayımlanmasına maneçilik törədir. Ona görə də bu layihəni bir an əvvəl həyata keçirərək Qərbdən asılılığımızı azaldacağıq”.

 

H. Fazili deyib ki, “Nahid” peyki yüksək dəqiqliklə görüntü çəkə bilmək qabiliyyətinə malik olmaqla yanaşı, günəş enerjisindən istifadə edə bilməsi üçün qanadlarını açmaq xüsusiyyətinə də malikdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR