Bank Of Baku

İran müsəlman dövlətləri arasında hərbi birliyin yaradılmasını təklif edib

İran müsəlman dövlətləri arasında hərbi birliyin yaradılmasını təklif edib
# 27 yanvar 2013 03:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran müsəlman dövlətləri arasında mütəşəkkil hərbi birliyin yaradılmasını təklif edib.  APA-nın məlumatına görə, İranın müdafiə naziri Əhməd Vahidi bildirib ki, dünya müsəlmanlarının üzləşə biləcəyi problemlərin qarşısının alınması üçün belə bir addımın atılması vacibdir: “Bizim təklif etdiyimiz hərbi paktda yer alan əsas məsələ bütün müsəlman dövlətlərinin yaxından iştirak edəcəyi Fələstin məsələsidir. İslam ölkələri dünyada üçüncü dərəcəli güc olaraq dərk edilməməlidir. Müsəlman dövlətləri dünyadakı güc tarazlıqlarının öncülü olmalıdır. İslam ölkələri imkan, potensial və sahib olduğu dəyərləri istifadə edərək elə bir nöqtəyə gəlməlidirlər ki, təcavüzkar qüvvələr müsəlmanların torpaqlarına hücumu ağıllarından belə keçirməsin”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR