Bank Of Baku

İran müxalifətinin liderinin oğlu 6 aylıq həbs cəzasına məhkum edilib

İran müxalifətinin liderinin oğlu 6 aylıq həbs cəzasına məhkum edilib
# 09 yanvar 2013 23:12 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İran müxalifətinin liderlərindən biri olan və bir ildən artıqdır ev dustaqlığında saxlanılan Mehdi Kərrubinin böyük oğlu Məhəmməd Hüseyn Kərrubi 6 ay müddətinə azadlıqdan məhrum edilib. APA-nın HRANA-ya istinadən verdiyi məlumatına görə, bu barədə M.H.Kərrubi öz “facebook” səhifəsində yazıb. O, azadlıqdan məhrum edilməsinə səbəb kimi İranda 2009-cü ildə keçirilmiş mübahisəli prezident seçkisi zamanı Kəhrizək həbsxanasında baş vermiş hadisələrlə bağlı xarici kütləvi informasiya vasitələrinə müsahibə verməsini göstərib. Ancaq hazırda hökm 5 il müddətində keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR