Bakı. Könül Cəfərli - APA. “İran müzakirələr üçün “altılıq” ölkələrindən cavab gözləyir”. APA-nın “Mehr” xəbər agentliyinə istənadən məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, İran görüşün yeri və tarixi ilə bağlı fikrini ötən həftə qarşı tərəfə bildirib: “Bu məsələ ilə bağlı Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt və İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri arasında telefon danışığı olub. Biz görüş günü və məkanı ilə bağlı öz fikrinizi demişik. Şmidt isə bildirib ki, təklifimizi “altılıq” ölkələrinə çatdıracaq və bizə bir cavab verəcək. Görüşün tarixi ilə bağlı fikir birliyi var. Lakin harada keçiriləcəyinə dair cavab gözləyirik”.