Bank Of Baku

İran nümayəndə heyəti Suriya prezidenti və digər rəsmilərlə görüş keçiriblər - FOTO

İran nümayəndə heyəti Suriya prezidenti və digər rəsmilərlə görüş keçiriblər - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 06:41 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, nümayəndə heyəti millət vəkillərindən ibarətdir və onlara İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi başçılıq edir.

 

Səfərdə məqsəd İranın Suriyaya istənilən hərbi müdaxiləyə, bu ölkə xalqının kütləvi qırğınına qarşı olduğunu bəyan etmək, eyni zamanda Suriya hadisələrini yaxından və yerində araşdıraraq mövcud böhrandan xilas olmaq yollarını tapmaq olub. Səfər çərçivəsində İran nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, İranla Suriya arasında müxtəlif sahələrdə münasibətləri, həmçinin bu ölkədəki son proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşün detalları barədə ətraflı məlumat verilməyib.

 

Bundan əlavə, səfər çərçivəsində Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Lihamla da görüş keçirilib. Görüşdən sonra tərəflər mətbuat konfransı keçirib.

 

Ə. Brucerdi bildirib ki, İran bir daha Suriyaya qarşı istənilən hərbi müdaxiləyə, ümumiyyətlə, müharibənin əleyhinə olduğunu bu ölkənin rəsmiləri və beynəlxalq ictimaiyyətə çatdırıb: “Biz İran dövləti və xalqı adından Suriyanın məzlum xalqına qarşı kimyəvi silahlarla hücumu pisləyirik. İran ötən il rəsmi şəkildə ABŞ rəsmilərinə müxalif qrupların kimyəvi silah əldə etdiklərini bildirmişdi. Təəssüflər olsun ki, onlar bizim xəbərdarlığımıza önəm verməyiblər. Suriyaya hərbi müdaxilə bu ölkə sərhədlərindən kənar geniş ərazini əhatə edəcək”.

 

M. əl-Liham isə öz növbəsində deyib ki, ABŞ Suriyanı məğlubiyyətə uğratmaq xülyası ilə yaşayır: “Ancaq Suriya İran kimi səmimi dostlara malik olduğundan hər bir hücumun qarşısında dayanacaq. ABŞ və Qərbin hədə-qorxuları rəsmi Dəməşqin güclənməsinə səbəb olur. Suriyanın gücü ölkə xalqı, hökuməti və ordusuna bağlıdır. Müxaliflərin sərkərdəsi bizə demokratiya dərsi vermək iddiasında ola-ola Suriyaya hücum fikirləşir, biz isə Suriya xalqı, ordusu və quruluşu olaraq tam birliklə onların qarşısında dayanıb Allahın köməyi ilə qələbə əldə edəcəyik”.

 

Qeyd edək ki, İran nümayəndə heyəti səfər çərçivəsində Suriyanın baş naziri Vail əl-Həlqi və xarici işlər naziri Vəlid əl-Müəllimlə də görüş keçiriblər. Onlar Suriyadan sonra Livana səfər edəcək, bu ölkənin rəsmiləri, o cümlədən parlament sədri ilə görüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR