Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin tezliklə başlayacağına ümid edirəm”. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik işləri üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann bildirib.
Onun sözlərinə görə, İran “altılıq” ölkələri ilə müzakirələrə hazır olduğunu bildirdikdən sonra rəsmi Tehrana görüşün tarixi və yeri ilə bağlı təklif verilib: “Ancaq biz İranın yeni şərtlər irəli sürməsindən təəccüblənirik. Məsələn, Tehran müzakirələrin məkanının dəyişdirilməsini istəyib və təklifimizə gec cavab verib. Sanki İran müzakirələrin təxirə salınmasına səy göstərir”.