Bank Of Baku

İran OPEC-in baş katibi postunu güzəştə getmək niyyətində deyil

İran OPEC-in baş katibi postunu güzəştə getmək niyyətində deyil
# 03 sentyabr 2013 11:39 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) baş katiblik etmək hüququnu heç bir ölkəyə güzəştə getməyəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.

 

Onun sözlərinə görə, İran hazırda bu post uğrunda İraq və Səudiyyə Ərəbistanı ilə rəqabət aparır: “Rəsmi Tehranın hər iki ərəb ölkəsinin OPEC-in baş katibliyini ələ keçirməsinə icazə verməməsi lazımdır. Çünki bundan əvvəl bu ölkələr İranın OPEC-in baş katibi olmasına veto qoyublar. Biz də öz veto hüququmuzdan istifadə etməliyik”.

 

Agentliyin digər məlumatında isə bildirilir ki, B. Zəngənə İranın eks-prezidenti Mahmud Əhmədinejadın hökumətində ilk neft naziri olmuş Seyid Kazım Vəzir Hamaneni özünə müavin təyin edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR