Bank Of Baku

İran parlamenti 35 yaşlı bloqqerin ölümünün araşdırılması üçün xüsusi təhqiqatın aparılmasına çağırıb

İran parlamenti 35 yaşlı bloqqerin ölümünün araşdırılması üçün xüsusi təhqiqatın aparılmasına çağırıb
# 06 yanvar 2013 23:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası 35 yaşlı bloqqer Səttar Behiştinin təcridxanada ölməsi ilə bağlı yeni hesabat təqdim edib.

 

APA-nın məlumatına görə, sənəddə bloggerin İran Kiber Polis İdarəsinin müstəntiqləri tərəfindən aldığı zərbələr və şok nəticəsində keçinməsinə dair sübutlar olduğu üçün xüsusi təhqiqatın aparılmasına çağırılıb.

 

Hesabatda həmçinin İran Kiber Polis İdarəsi S. Behiştinin işi bağlı qeyri-qanuni və islam qanunlarına zidd bir şəkildə hərəkət etməkdə ittiham olunur. Bundan əlavə, sənəddə gələcəkdə belə halların baş verməməsi üçün təcridxanalarda gizli kameraların yerləşdirilməsi təklif edilib.

 

Qeyd edək ki, S. Behişti öz bloqunda hökumət əleyhinə məqalələr yerləşdirdiyinə görə 2012-ci il oktyabrın 30-da həbs edilib. Bir neçə gündən sonra 35 yaşlı bloqqer təcridxanada keçinib. Nəticədə İran hökuməti bir neçə həftə sonra İran Kiber Polis İdarəsinin rəisini personala rəhbərlik edə bilmədiyini əsas gətirərək vəzifəsindən azad edib. Bundan əlavə, işlə bağlı İran Kiber Polis İdarəsinin üç zabiti saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR