Bank Of Baku

İran parlamentinin komissiya sədri: “AEBA İranla nüvə müzakirələrini siyasiləşdirməməlidir”

İran parlamentinin komissiya sədri: “AEBA İranla nüvə müzakirələrini siyasiləşdirməməlidir”
# 25 yanvar 2013 02:32 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla müzakirələri siyasiləşdirməkdən çəkinməlidir”. APA-nın məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib. O bildirib ki, AEBA müzakirələrdə irəliləyiş əldə etmək istəyirsə, agentliyin nizamnaməsi və NPT müqaviləsi çərçivəsində məsələyə yanaşmalıdır: “AEBA ABŞ-ın və Qərbin siyasi təzyiqlərindən kənarlaşmalıdır. Bu halda agentlik öz öhdəliyini yerinə yetirə bilər. Agentlik İranın nüvə proqramı ilə bağlı müzakirələrə Qərbin maraqlarına xidmət edərək siyasi deyil, texniki cəhətdən yanaşmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR