Bakı. Könül Cəfərli – APA. “Bəzi media orqanlarının xəstəxanada müalicə almağımla bağlı yaydıqları xəbər doğru deyil”. APA-nın məlumatına görə, bu barədə İran parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər “Mehr” xəbər agentliyinə müsahibəsində deyib. O bildirib ki, səhhətində heç bir problem yoxdur: “Allaha şükür ki, ürəyimlə bağlı narahatçılığım yoxdur, xəstəxanada da deyiləm. Haqqımda yayılmış xəbər yalandır”.