Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad yanvarın 16-da ölkə parlamentində çıxış edəcək. APA-nın məlumatına görə, M. Əhmədinejadın əslində bu həftə parlamentdə ölkədəki iqtisadi problemlər və dövlət büdcəsi ilə bağlı çıxış edəcəyi, öz fikirlərini və hökumətin mövqeyini açıqlayacağı gözlənilirdi. Lakin o, parlamentə müraciət ünvanlayaraq çıxışının növbəti həftəyə təxirə salınmasını xahiş edib. İclasın kütləvi informasiya vasitələri üçün açıq olacağı bildirilir.
İSNA-nın xəbərinə əsasən M. Əhmədinejad Nazirlər Kabinetinin iclasında vurğulayıb ki, ölkənin problemlərini həll etmək üçün bir sıra önəmli qərarlar qəbul olunmalıdır: “Hökumətin bu sahədə hazırladığı layihələri parlamentin tribunasından elan edəcəyik”.