Bakı. Real Cəfərli - APA. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ABŞ və müttəfiqlərinə Suriyaya hərbi müdaxilə niyyətlərinin mənfi nəticələri barədə xəbərdarlıq edib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, H. Firuzabadi bildirib ki, ABŞ və Qərbin Suriyaya istənilən hərbi müdaxiləsi İsrailin məhvi ilə nəticələnəcək: “ABŞ, Böyük Britaniya və digər müttəfiqləri regiona və Suriyaya qoşun yeridəcəkləri təqdirdə ziyan görəcəklər”.