APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Dəməşqdə rəsmi səfərdə olan İran parlamentinin nümayəndə heyətinin rəhbəri Ələddin Bourcərdi bəyan edib.
“Biz Suriyadakı terrorçu qruplaşmalarda kimyəvi silahın olması barədə keçən il ABŞ-ı rəsmi məlumatlandırmışdıq, lakin, təəssüf ki, ABŞ bu xəbərdarlığa həmiyyət vermədi. İran İslam Respublikası adından biz Suriyaya qarşı hər hansı hücumun və müharibənin əleyhinəyik”, deyə Ələddin Bourcərdi bildirib.
Ələddin Bourcərdi həmçinin bildirib ki, “İran terrorçu qruplaşmaların Suriyanın dinc əhalisinə qarşı kimyəvi silahdan istifadə etməsini qəti pisləyir”.