Bakı. Könül Cəfərli – APA. İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti görüşün yeri və tarixi ilə bağlı tərəflər arasında rəsmi razılığın əldə edilməsinə dair açıqlama yayıb.
APA-nın “Radio Fərda”ya istinadən məlumatına görə, qurum nüvə müzakirələri ilə bağlı görüşün fevralın 26-da Qazaxıstanda keçiriləcəyini rəsmi şəkildə təsdiq edib.
Məlumatda bildirilib ki, İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri və Avropa Birliyi xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt telefonla əlaqə saxlayaraq, görüşün yeri və tarixi ilə bağlı rəsmi razılığa gəliblər.