Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Misirdə səfərdədir. APA-nın məlumatına görə, M.Əhmədinejadı Qahirə hava limanında misirli həmkarı Məhəmməd Mursi qarşılayıb.
Prezidentlər hava limanının VİP salonunda 35 dəqiqəlik görüş keçirərək, iki ölkə arasında əlaqələri, islam dünyası ilə bağlı məsələləri müzakirə ediblər. M.Əhmədinejadın Misirə üç günlük səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməklə yanaşı, bəzi müsəlman ölkələrinin rəsmiləri ilə də görüşəcəyi gözlənilir.
Qeyd edək ki, bu İranda islam inqilabından sonra İran prezidentinin Misirə ilk səfəridir.