Bank Of Baku

İran və Oman birgə dəniz manevri keçirəcək

İran və Oman birgə dəniz manevri keçirəcək
# 22 yanvar 2013 10:38 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İran və Oman birgə dəniz manevri keçirəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran donanmasının birinci bölgə komandanı, admiral Səid Gülüstane bildirib.

 

Onun sözlərinə görə, hazırda Oman donanmasına bağlı “Nasrul Bahr” hərbi gəmisi İran limanına dəmir atıb: “Manevrin məqsədi axtarış və xilasetmə əməliyyatları həyata keçirməkdir. Çünki hava şərtləri pis olduğunda gəmilər və onların mürəttəbatına təhlükə yaranır. Bu baxımdan vaxtında aparılan axtarış və xilasetmə əməliyyatları can və mal itkisinin böyük ölçüdə qarşısını alır. İki ölkə arasındakı birgə manevr də bu məqsədlə reallaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR