Bakı. Könül Cəfərli-APA. İran və Oman Hərbi-Dəniz Qüvvələri Fars körfəzindəki Hörmüz adasının cənubunda birgə manevr keçirib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, beynəlxalq standartlara uyğun olaraq 45 dəqiqə davam edən təlim İran və Oman Hərbi-Dəniz Qüvvələrinə məxsus qərargahlarının gəmilərinin iştirakı ilə əvvəlcədən hazırlanmış proqram çərçivəsində İranın ərazi sularında həyata keçirilib. Xilasetmə və yardım əməliyyatları çərçivəsində Omanın Səlalə limanına doğru yola düşən içərisi neftlə dolu tanker yanğın çağırışı edib. Bundan sonra İran Hərbi-Dəniz Qüvvələrinin Xiasetmə və Yardım Qərargahına məxsus hərbi gəmilər, katerlər ilə Omanın “Bahrul Nəsr” gəmisi yaralıları axtarmaq və xilas etmək üçün hərəkətə keçib və birgə əməkdaşlıq nəticəsində əməliyyatla uğurla başa çatdırılıb.