Bakı. Könül Cəfərli - APA. Tehranda bu gün İran və Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, müqavilə İranın daxili işlər naziri Məhəmməd Nəccar və rusiyalı həmkarı Vladimir Kolokoltsev tərəfindən imzalanıb.
M.Nəccar jurnalistlərə açıqlamasında bildirib ki, müqavilə insan alverinə və narkotik maddələrin qaçaqmalçılığına, çirkli pulların yuyulmasına qarşı mübarizəni, eləcə də polis hazırlığı üzrə əməkdaşlığı əhatə edir.
Qeyd edək ki, V.Kolokoltsev İran daxili işlər nazirinin dəvəti ilə yanvarın 21-dən Tehranda səfərdədir.