Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ilə Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.
APA-nın İRNA-ya istinadən məlumatına görə, noyabrın 27-də gecə saatlarında baş tutan danışıqda Cenevrə razılaşması əsas müzakirə mövzusu olub.
B.Əsəd bildirib ki, rəsmi Tehranın “altılıq” ölkələri ilə apardığı müvəffəqiyyətli müzakirələrin bu ölkənin nüvə haqqının rəsmi şəkildə tanınması kimi gözəl və uğurla nəticələnməsinin təməlində İran xalqının hüquqlarını əldə etmək üçün təzyiqlər qarşısındakı müqaviməti dayanır: “Bu razılaşma İranın və rəhbərliyinin mövqeyini daha da gücləndirdi”.