Bakı. Real Cəfərli – APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi əl-Əhdar Brahimi arasında telefon danışığı olub. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, söhbət zamanı əsasən son günlər Suriya ətrafında baş verən proseslər müzakirə olunub.
Zərif Brahimini xəbərdar edib ki, bölgədə macəra axtaranların cəhdləri dəhşətli nəticələrə gətirib çıxara bilər.