Bank Of Baku

İran XİN: “AEBA nümayəndə heyəti “Parçin” hərbi obyekti ilə bağlı müzakirələrin aparılması üçün Tehrana səfər edəcək”

İran XİN: “AEBA nümayəndə heyəti “Parçin” hərbi obyekti ilə bağlı müzakirələrin aparılması üçün Tehrana səfər edəcək”
# 13 fevral 2013 04:45 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA.  “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyətinin İrana səfərinin məqsədi “Parçin” hərbi obyekti ilə bağlı müzakirələrin aparılmasıdır”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, Tehranda  AEBA nümayəndələri  ilə İran rəsmiləri “Parçin”lə agentlik arasında əməkdaşlığa dair danışıqlar aparacaqlar: “Təkrar qeyd edirəm ki, “Parçin” hərbi obyektdir və orada nüvə fəaliyyəti həyata keçirilmir. Odur ki, “Parçin”  İranın AEBA qarşısında üzərinə götürdüyü öhdəliklərə daxil deyil. Lakin buna baxmayaraq, biz hərbi obyektlə əməkdaşlığa dair də müzakirələrə hazırıq. Bu dəfəki görüşdə elə bu əməkdaşlığın müəyyənləşdirilməsi məsələsi müzakirə olunacaq”.

 

Qeyd edək ki, AEBA nümayəndə heyəti bu gün İrana səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR