Bakı. Real Cəfərli - APA. “Suriyaya istənilən hərbi müdaxilə Orta Şərqə yayılacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib.
Onun sözlərinə görə, bölgənin çıxılmaz böhrana salınmaması lazımdır: “Suriyaya hərbi müdaxilə mövcud vəziyyətin aradan qaldırılmasına yardımçı olmayacaq. Əksinə bu ölkədəki böhranın daha da artmasına gətirib çıxaracaq”.
M.Əfxəm deyib ki, mövcud böhranın həlli üçün siyasi həll yolu axtarmaq lazımdır: “Bəzi ölkələr tərəfindən bəslənən mütəşəkkil terrorçu qruplara qarşı hamılıqla mübarizə aparmaq zəruridir”.