Bakı. Könül Cəfərli - APA. İran hərbi sənayesi yeni hərbi helikopter istehsal edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, yerli istehsal olan helikopter “Tufan-2” adlanır. Helikopter İranın müdafiə naziri, general-mayor Əhməd Vahidinin iştirakı ilə keçirilən mərasimdə ictimaiyyətə təqdim olunub. Nazir çıxışında bildirib ki, helikopter tamamilə yerli mütəxəssislərin işidir və ən müasir texnologiya ilə təchiz olunub: “Yaxın gələcəkdə “Tufan-2”nin ardıcıl istehsalına başlanılacaq”.