Bakı. Könül Cəfərli – APA. İran yeni hərbi təyyarə istehsal edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, hərbi təyyarə “Qaher-313” adlanır.
Xəbərdə tamamilə yerli istehsal olan hərbi təyyarənin fevralın 2-də, yəni “Şəfəqdə on gün” mərasiminin üçüncü günündə İran prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə ictimaiyyətə təqdim olunacağı bildirilib.