Bakı. Könül Cəfərli – APA İranın Şahrud şəhərində bu gün 1 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 51 yaşlı məhbus barədə Şahrud İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb.
Həbs edilən zaman onun üzərində 1.94 kiloqram narkotik maddə tapılıb.
Əslən Səbzivardan olan məhbus səhər saatlarında Şahrud həbsxanasında asılaraq edam edilib.