Bakı. Real Cəfərli - APA. İranın Xuzistan vilayətində 4 ərəb siyasi fəalı gizli şəkildə edam edilib.
APA-nın məlumatına görə, məhbuslar noyabrın 3-də Əhvaz şəhərinin Karun həbsxanasından naməlum yerə köçürülüblər. Bunlar Qazi Abbasi, Abdulrza Əmirxanafərəh, Əbdüləmir Məcdomi və Casim Müqəddəmpənahdır.
Onlar Əhvaz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Əli Fərhadvənd tərəfindən Allaha qarşı müharibə aparmaq və yer üzündə fəsad törətmək ittihamları ilə edam cəzasına məhkum ediliblər. Qərar 2011-ci ilin fevral ayında İran Ali Məhkəməsinin 32-ci şöbəsinin hakimi Rza Fərəcullahi tərəfindən də təsdiqlənib. Onların ötən ay edam edildiyi ehtimal olunur.