Bank Of Baku

İranda zəlzələ bölgəsinə yardım apardığı üçün azərbaycanlı fəal bir il azadlıqdan məhrum edilib

İranda  zəlzələ bölgəsinə yardım apardığı üçün azərbaycanlı fəal bir il azadlıqdan məhrum edilib
# 09 yanvar 2013 22:22 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. 2012-ci avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ bölgəsinə yardım apardığına görə həbs olunmuş azərbaycanlı fəal bir il azadlıqdan məhrum edilib. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, Səid Şirzad hakimiyyətin əleyhinə təbliğat aparmaqda və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Qərar azərbaycanlı fəalın vəkili Şima Quşəyə təqdim olunub. Hökm 5 il müddətinə keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Qeyd edək ki, Səid Şirzad 19 gün həbsxanada qaldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR