Bakı. Könül Cəfərli – APA. İranın Zahidan həbsxanasında saxlanılan tanınmış azərbaycanlı fəal İrəc Məhəmmədi aclıq aksiyasına başlayıb. APA-nın məlumatına görə, o yanvarın 19-da bir neçə həbsxana məmuru tərəfindən ağır çəkildə döyülərək təhqir edilib. İ.Məhəmmədi zindanda məruz qaldığı işgəncələrə etiraz olaraq aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəalın bədənində işgəncə izlərinin qaldığı bildirilir.
Qeyd edək ki, hakimiyyətə qarşı çıxmaqda, pantürkizmi yaymaqda və İranın ərazi bütövlüyünü parçalamağa cəhd etməkdə təqsirləndirilən İ.Məhəmmədi 10 il müddətinə azadlıqdan məhrum edilib.