Bank Of Baku

İranda bir qrup terrorçu məhv edilib

İranda bir qrup terrorçu məhv edilib
# 09 iyun 2018 23:17 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub. APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan  bir neçə nəfəri öldürülüb.

 

SEPAH-ın "Həmzə Seyyduş-Şühəda" quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.

 

Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.

 

SEPAH üzvlərindən xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR