Çinin Quansi-Çjuan Muxtar Rayonunda güclü daşqın nəticəsində zooparkdan 100-dən çox heyvanı sel aparıb.
Bu barədə "Pengpai" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Quyqan şəhər dairəsində yerləşən zooparkın ərazisi demək olar ki, tamamilə su altında qalıb.
"Ot yeyən heyvanların hamısı sel suları ilə aparılıb", – deyə məlumatda qeyd olunub.
Qəfəslərdə olan bəzi yırtıcı heyvanlar, o cümlədən üç şir isə ölüb. İlkin hesablamalara görə, zooparka dəyən ziyan 4 milyon yuan, təxminən 590 min ABŞ dolları təşkil edir.