Bakı. Könül Cəfərli - APA. İranda 2012-ci il avqust ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə təqsirləndirilərək həbs olunan 26 yaşlı Slovakiya vətəndaşı Matee Balux azadlığa buraxılıb və artıq ölkəsindədir.
APA-nın məlumatına görə, bu münasibətlə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak M.Baluxla birgə mətbuat konfransı keçirib.
M.Layçak bildirib ki, M.Balux İranla aparılan uzun və ağır danışıqlardan sonra sərbəst buraxılıb. M.Balux isə casusluq etmədiyini deyərək, jurnalistlərin həbsi ilə bağlı digər sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, M.Balux həbsdə olduğu müddətdə İran televiziyasında çıxışı yayımlanıb. O, İran xalqından üzr istəyərək, MKİ-yə casusluq etdiyini etiraf edib.