Bank Of Baku

İranda daha bir nəfər edam edilib

İranda daha bir nəfər edam edilib
# 29 yanvar 2013 12:10 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA.  İranın Miyana şəhərində bir nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbus həbs edilən zaman üzərində 890 qram narkotik maddə tapılıb.

 

O, Miyana İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilərək, 3 milyon rial pul cəzasına və ölüm hökmünə məhkum edib. Edam qərarı səhər saatlarında Miyana həbsxanasında icra edilib.

 

İranda İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, 2011-ci illə müqayisədə ötən il edam edilənlərin sayı 9 faiz artıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR