Bank Of Baku

İranda daha bir tanınmış azərbaycanlı fəal həbs edilib

İranda daha bir tanınmış azərbaycanlı fəal həbs edilib
# 01 yanvar 2013 10:21 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib.

 

APA-nın məlumatına görə, Mahmud Fəzli  2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmiya gölü ilə bağlı məsələni müzakirə edərkən, 28 azərbaycanlı fəalla birgə tutulub.

 

Məhkəməyə qədər zəmanətlə müvəqqəti azadlığa çıxan M. Fəzlinin işinə Təbriz İnqilab Məhkəməsində baxılıb və 1 il həbs cəzası verilib.

 

Qərarın icrası üçün dekabrın 31-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları azərbaycanlı fəalın evinə gələrək, onu həbs ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR