APA-nın məlumatına görə, Xoy İnqilab Məhkəməsi asayişi pozmaqda və hökumət əleyhinə fəaliyyətdə təqsirləndirilən azərbaycanlı jurnalisti 6 ay həbs cəzasına məhkum edib. Qərarın icrası üçün Y.Kərimi İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("ETTELAAT") əməkdaşları tərəfindən fevralın 9-da Xoy şəhərindəki evində həbs edilib.
Qeyd edək ki, Y.Kərimi Həmədan şəhərində çap olunan “Sina” qəzetinin yazarlar heyətinin üzvü, “İldırım” qəzetinin baş redaktoru, “Əvrin” və “Aydın səhər” QHT-lərinin təsisçisi olub. O daha öncə də 2010-cu ildə həbs edilib.