Bank Of Baku

İranda edam hökmünə etiraz edən 4 məhbus aclıq aksiyasına başlayıb

İranda edam hökmünə etiraz edən 4 məhbus aclıq aksiyasına başlayıb
# 30 dekabr 2012 15:16 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İranın Kərəc şəhərinin Rəcai həbsxanasında saxlanılan 4 məhbus edam hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb.

APA-nın məlumatına görə, Həmid Əhmədi, Kamal Mudai, Cahangir Dehqani və Cəmşid Dehqani qanunsuz fəaliyyət göstərən təşkilata üzv olmaqda ittiham olunub.

Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində mühakimə edilən məhbuslar barədə  ölüm hökmü çıxarıb. Qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq ediləndən sonra 4 nəfər edam edilmək üçün Rəcai həbsxanasına köçürülüb. Ölüm cəzasına etiraz  edən məhbuslar aclıq aksiyasına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR