Bakı. Könül Cəfərli – APA. İranın Xuzistan vilayətinin Əhvaz şəhərində yerləşən Kamplu məntəqəsində ağır partlayış baş verib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, hadisə şəhərin qaz boru xəttinin partlaması nəticəsində baş verdiyi bildirilir.
Partlayış güclü olduğundan, Əhvaz şəhərinin qərbi bölgəsində titrəyiş olub, yaxınlığındakı yaşayış binalarının pəncərə şüşələri qırılıb. Xəbərdə Partlayışın təfərrüatı və dəyən zərərlə bağlı hələlik məlumat açıqlanmayıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.