Bank Of Baku

İranda həbs olunmuş jurnalistlərdən bir neçəsi azadlığa buraxılıb

İranda həbs olunmuş jurnalistlərdən bir neçəsi azadlığa buraxılıb
# 29 yanvar 2013 16:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda bir neçə gün əvvəl həbs edilən jurnalistlərin bəziləri bu gün sərbəst buraxılıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 26-dan 28-dək həbs edilən 14 jurnalistdən bir neçəsi saxlanıldığı Tehranın Evin həbsxanasından azad edilib. Həbsdə qalan jurnalistlərin istintaqı isə davam etdirilir.

 

Qeyd edək ki, yanvarın 26-dan yanvarın 28-dək “Arman”, “Etimad”, “Bahar”, “Şərq” və “Asiman” qəzetlərinin və “İLNA”xəbər agentliyinin 14 jurnalisti həbs edilib. Onların çalışdığı redaksiyalarda axtarış aparılaraq  kompyuterləri, əlyazmaları və başqa şəxsi əşyaları müsadirə olunub. Saxlanılan jurnalistlər xaricdə fəaliyyət göstərən əksinqilabçı mövqeli farsdilli media ilə  əməkdaşlıqda təqsirləndirilirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR