Bank Of Baku

İranda hər gün 1286 kq narkotik ələ keçirilir, hər saatda 30 nəfər həbs edilir

İranda hər gün 1286 kq narkotik ələ keçirilir, hər saatda 30 nəfər həbs edilir
# 12 yanvar 2013 14:25 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranda 2012-ci ilin mart ayından dekabradək polis hər gün orta hesabla 1286 kiloqram narkotik maddə ələ keçirib, narkotiklə əlaqədar 200 min nəfər yaxalayıb.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın narkomaniyaya qarşı mübarizə aparan polis idarəsinin  rəisi Sərdar Mobedi açıqlama verib.

 

O bildirib ki, polis 9 ay ərzində hər saatda 53 kiloqram narkotik maddə ələ keçirib: “Eləcə də hər saatda təxminən 30 nəfər narkotik satan və aludəçisi həbs edilib. Ötən ilin mart ayından dekabradək polis qüvvələrimiz hər gün narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan 6 dəstə yaxalayıb. Bu müddət ərzində ən çox qaçaqmalçı Hörmüzgan və Sistan-Bəluçistan vilayətində həbs edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR