Bakı. Könül Cəfərli - APA. İranın cənubundakı Hörmüzqan vilayətində hərbi manevr keçiriləcək.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Könüllü Səfərbərlik Təşkilatının rəhbəri, polkovnik Nüsrətullah Seyf açıqlama verib.
Onun sözlərinə görə, “Beytulmüqəddəsə doğru” adlanan təlimlər iki gün davam edəcək: “Manevrə könüllülərdən yaranmış çox sayda briqada qatılacaq. Təlimlərdə şəhərlərdə küçəbəküçə müdafiə taktikaları tətbiq olunacaq. Manevrin ilk günündə birliklərə nəzəri təhsil veriləcək. Təlimlərin ikinci gündə isə nəzəri biliklər praktikada tətbiq ediləcək”.