Bakı. Könül Cəfərli - APA. İranın Əraq şəhərində iki nəfər edam edilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, dara çəkilmiş məhbuslar narkotik qaçaqmalçılığında günahlandırılıblar.
Onlar üzərlərində 718 kiloqram 8 qram narkotik maddə ilə həbs olunublar. Əraq İnqilab Məhkəməsi barələrində ölüm hökmü çıxarıb və qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında Əraq mərkəzi həbsxanasında icra olunub.