Bank Of Baku

İranda islahatçı qadın jurnalist həbs edilib

İranda islahatçı qadın jurnalist həbs edilib
# 11 iyul 2013 10:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda islahatçı qadın jurnalist həbs edilib. APA-nın məlumatına görə, Fəriba Pəjve iyulun 10-də səhər saatlarında öz mənzilində tutulub və Tehranın Evin həbsxanasına salınıb. Onun həbsinin səbəbləri və nədə günahlandırıldığı barədə heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, F.Pəjve 2009-cu il mübahisəli prezident seçkilərindən sonra tutularaq 124 gün həbsdə saxlanıldıqdan sonra zəmanətlə azadlığa buraxılıb. Daha sonra islahatçı jurnalist bir il azadlıqdan məhrum edilib və bu qərar Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 54 şöbəsi tərəfindən 5 il müddətinə təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR