Bakı-APA. İranın Mazandaran vilayətində iki davam edən leysan yağışları ciddi fəsadlara yol açıb.
APA-nın Türkiyənin xəbər agentliklərinə istinadən xəbərinə görə, təbii fəlakət nəticəsində evlər uçub, ağaclar, avtomobillər sel sularına qərq olub.
Yağışlar nəticəsində təməlləri boşalan bir neçə bina uçub. Sakinlər vaxtında binadan təxliyə olunduqları üçün hadisə zamanı ölən və ya yaralanan olmayıb. Binaların çökmə anı mobil telefonlarla çəkilib və internetə yerləşdirilib.