Bakı. Könül Cəfərli - APA. Hazırda ev dustağı olan İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubinin oğlu Məhəmməd Hüseyn Kərrubi dünən həbs edilib.
APA-nın məlumatına görə, digər ev dustağı olan müxalifət lideri Mirhüseyn Musəvinin övladları ilə yazışdığı üçün İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("ETTELAAT") əməkdaşları tərəfindən həbs edilən M.H.Kərrubinin evində axtarış aparılıb. Onun bilgisayarı və başqa şəxsi əşyaları müsadirə olunub. O, “Evin” həbsxanasında aparılan sorğu-sualdan sonra yerli vaxtla saat 17:00-da sərbəst buraxılıb.
Qeyd edək ki, dünən M.Musəvinin də qızları bir neçə saatlıq həbs olunub.