Bank Of Baku

İranda neft-kimya zavodunda yanğın baş verib - FOTO

İranda neft-kimya zavodunda yanğın baş verib - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 06:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın cənub-qərbindəki neft-kimya zavodunda yanğın baş verib.

 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 1-də səhər saatlarında Abadan şəhərində baş verib.

 

Yanğına elektrik cərəyanının kəsilməsi nəticəsində PVX kimyəvi preparatı anbarında baş vermiş qısaqapanma zamanı yaranmış qığılcımların səbəb olduğu bildirilir. Nəticədə Abadan şəhəri qara tüstüyə bürünüb. Hadisə yerinə İran Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları və yanğınsöndürən briqadaları gəlib. Onlar yanğını qısa müddət ərzində söndürməyə nail olublar. Hadisə nəticəsində bir nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi xəbər verilir.

 

Yanğın neft-kimya zavodunun işinə təsir göstərməyib və müəssisənin sentyabrın 2-dən yenidən fəaliyyətə başlayacağı açıqlanıb.

 

İldə 150 min ton məhsul istehsal edən ölkənin ən köhnə zavodlarından biri olan müəssisəyə dəymiş ziyanın məbləği dəqiqləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR