Bank Of Baku

İranda nüvə alimlərini qətlə yetirməkdə şübhəli bilinən 20 nəfərin məhkəmə prosesi keçiriləcək

İranda nüvə alimlərini qətlə yetirməkdə şübhəli bilinən 20 nəfərin məhkəmə prosesi keçiriləcək
# 10 iyul 2013 12:13 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda nüvə alimlərini qətlə yetirməkdə şübhəli bilinən 20 nəfərin məhkəmə prosesi keçiriləcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib. Onun sözlərinə görə, artıq həmin şübhəlilərin mühakimə edilməsi üçün lazımi iddianamə hazırdır: “İran təhlükəsizlik qüvvələri nüvə alimlərinə qarşı terror hücumları ilə bağlı şübhəliləri müəyyən etmək və tutmaq məsələsində uğurlu əməliyyatlar həyata keçirib”.

 

Ancaq A. Dövlətabadi məhkəmə prosesinin nə vaxt başlayacağı barədə heç bir məlumat verməyib.

 

Qeyd edək ki, İranda nüvə alimləri Məsud Əli Məhəmmədi, Məcid Şəhriyari, Daryuş Rzanejad və Mustafa Əhmədi Rövşən sui-qəsd nəticəsində qətlə yetirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR