Bakı. Könül Cəfərli – APA. İranın Xürrəmdərə şəhərində bu gün 1 nəfər edam edilib. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanında işləyən bir nəfəri öldürməkdə təqsirləndirilən məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar Xürrəmdərənin həbsxanasında səhər saatlarında icra edilib.
İranın İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, bu ölkədə 2012-ci ildə 586 nəfər edam edilib.