Bakı. Könül Cəfərli – APA. İranın Kərəc şəhərində bu gün 1 nəfər edam edilib. APA-nın məlumatına görə, 30 yaşlı Məsudəli Muradi narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Yerli məhkəmənin çıxardığı ölüm hökmü Rəcaişəhr həbsxanasında icra edilib.
İranın İnsan Haqları Fəallarının yaydığı məlumata görə, bu ölkədə son 1 ayda 49 nəfər edam edilib.