Bank Of Baku

İranda son iki gündə 19 nəfər edam edilib

İranda son iki gündə 19 nəfər edam edilib
# 08 iyul 2013 06:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda son iki gündə 19 nəfər edam edilib. APA-nın məlumatına görə, iyulun 6-da səhər saatlarında Zahidan şəhərində 11 məhbus dara çəkilib. Onlardan 5-i qadındır. Onların nədə günahlandırıldığı, ad və soyadları haqda heç bir məlumat verilməyib. Məhbuslar iyulun 4-də təkadamlıq kameralara köçürülüblər və həmin gündən onların dara çəkildikləri həbsxana ilə əlaqə saxlamaq mümkün olmayıb.

 

“Oyannews”un məlumatına görə, Ərdəbil şəhərində də 3 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılırlar. Onlar iyulun 6-da səhər saatlarında Ərdəbil həbsxanasında edam ediliblər. Ad və soyadları açıqlanmayan məhbuslardan ikisi Germi şəhərindən olan qardaşdır.

 

“Mehr” xəbər agentliyi xəbər verir ki, iyulun 7-də səhər saatlarında Qəzvin şəhərində 5 nəfər edam edilib. Məhbuslardan 3-ü narkotik maddələrin qaçaqmalçılığı, 2-si isə qəsdən adam öldürməkdə ittiham ediliblər. Qəzvinin Çubindər həbsxanasında edam edilən məhbuslardan 2-si Azərbaycan türkü olub. Onlar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR