Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 09 fevral 2013 00:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal Məhəmməd Xətibi azadlığa buraxılıb. APA-nın məlumatına görə, hökumət əleyhinə təbliğat aparmaqda təqsirləndirilən azərbaycanlı fəal 50 milyon tümən mülki girov qarşılığında məhkəməyədək müvəqqəti həbsxanadan buraxılıb.

Qeyd edək ki, M.Xətibi 2013-cü il yanvarın 8-də İranın  Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("ETTELAAT") əməkdaşları  tərəfindən Təbrizdə evində həbs olunub. O ETTELAAT-ın Təbriz şöbəsində təkadamlıq kamerada saxlanıldıqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürülüb. M.M.Xətibi daha öncə 2011-ci ilin aprel ayında Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR