Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində tanınmış azərbaycanlı fəal həbs olunub. APA-nın məlumatına görə, İbrahim Nuri yanvarın 17-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətə götürülüb. Yanvarın 7-də azərbaycanlı fəala ETTELAAT-ın Əhər şöbəsinə gəlməsi üçün çağırış da göndərilmişdi.
Qeyd edək ki, 21 yaşında olan İ. Nuri bundan əvvəl də siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub. Azərbaycanlı fəal 2010-cu ildə hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq, 5 il müddətinə keçərli olmaqla 10 ay şərti həbs cəzasına məhkum edilib.